“Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgisi keçiriləcək

“Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgisi keçiriləcək

“Təcavüz. Muzey 2014” layihəsinin yekun sərgisi keçiriləcək. Sərgi 18 oktyabr – 30 noyabr 2014-cü il tarixi ərzində Bakının ən böyük muzeylərində yer alacaq.

Layihənin rəhbəri – Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır.

Program:
18 Oktyabr 2014
16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11-13)
17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Useynov pr. 28)
19:30 “Atəşgah məbədi”, Dövlət Tarix-Memarlıq Qoruğu
(20:00 Performans – Nərmin İsrafilova “Səsin yaranması”)

19 Oktyabr 2014
18.00 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, rəssamlar ilə görüş
20:00 – 24:00 Azərbaycan Xalça Muzeyi, “Muzeydə gecə”, rəssamlar ilə görüş

Dialoq.info xəbər verir ki, YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir