Təcrübəsiz işçilər axtarılır

“KredAqro” bank olmayan kredit təşkilatı (BOKT) Bakı, Sumqayıt, Cəlilabad, Masallı, Quba, Qusar, Xaçmaz, Şabran, Zaqatala, Qax, Qəbələ, Bərdə, Ağdam, Mingəçevir, Yevlax, Ağdaş, Gəncə  regionları üzrə kredit mütəxəssisi vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un BOKT-a istinadən yaydığı məlumata görə, namizədlər 21-35 yaşında, orta ixtisas və yaxud ali təhsilliu olmalı, Microsoft Office (xüsusən Word və Excel) proqramlarında işləməyi bacarmalıdır. İş təcrübəsi tələb olunmur.

Əsas vəzifə öhdəlikləri:
– Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək, birbaşa marketinq və satış funksiyasını həyata  keçirmək;
– Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat vermək;
– Müştərinin biznesinin maliyyə təhlilini həyata keçirmək;
– Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparmaq;
– Kredit portfelinin keyfiyyətinə və geri ödənişlərə nəzarət etmək;

İşə qəbul olacaq şəxsə aylıq əmək haqqından əlavə bonus ödəniləcək. Maraqlananlar öz CV-lərini mövzu hissəsində vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.