Təhlükəsiz yol, yaxşı yol

“Təhlükəsiz yol, yaxşı yol” layihəsinin bağlanış mərasimi keçirilmişdir. Layihədə iştirak edən gənclərə şəhadətnamə və diplom təqdim olunmuşdur.
Layihə müddətində iştirakçılara şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda 12 dərs proqramına uyğun qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçirilib.
Layihə iştirakçılarından olan Günel Yaqublu və Aqşin Abbasəliyev layihə zamanı əldə etdikləri biliklər əsasında Baş Dövlət Yol Polis idarəsinin sürücülük vəsiqəsinin verilməsi ilə bağlı keçiriləm imtahanın ilk mərhələsindən uğurla keçiblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarət olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here