Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək

Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Bunu təhsil naziri əvəzi Ceyhun Bayramov “Elektron təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə TN-də işçi qrupu yaradılıb: “Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here