RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Təhsil Nazirliyi işçi axtarır

1.0K

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) [email protected] elektron ünvanına göndərməlidir.

Müsabiqədə iştirak üçün tələblər:

• Ali təhsil;
• Ən azı 3 il pedaqoji iş təcrübəsi;
• Tədris etdiyi fənn üzrə yüksək bilik səviyyəsi;
• Kompüter bilikləri;
• Azərbaycan dilində səlis nitq;
• Komandada işləmək və əməkdaşlıq bacarığı;
• Məsuliyyətli, tələbkar və dəqiq.
Namizədlərin xarici dil bilməsi arzuolunandır.

Tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı