Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində vətəndaşlarla görüş keçirəcəkdir

Qəbulda Tərtər rayonunun sakinləri ilə yanaşı Yevlax, Ağdaş və Bərdə rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul saat 12:00-da Tərtər şəhəri, Gənclər Mərkəzində (Heydər Əliyev pr., 2) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon Təhsil Şöbələrinə də 30 oktyabr – 17 noyabr 2014-cü il tarixində (şənbə, bazar istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.