RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Tələbə və məzunlara ödənişli təcrübə

1.7K

Yerli İdarəetməyə Yardım İctimai Birliyi (YİY) Bakı ofisi üçün tələbə və məzunlara ödənişli təcrübə

qazanmaq imkanını təqdim edir. Proqrama bakalavr və magistr pilləsinin tələbələri və məzunlar

müraciət edə bilərlər. Təcrübə proqramı 3 və ya 6 ay müddəti əhatə edəcək. Tələbələr təhsil aldıqları ali

məktəbdəki dərslərindən sonra və ya əvvəl proqramda iştirak imkanı qazanacaqlar.

Proqramın üstünlükləri:

  • YİY-in həyata keçirdiyi layihələrdə iştirak etmək imkanı;
  • İxtisasından asılı olmayaraq hər kəsə özünü sınama şansı;

  • Real iş mühitində təcrübə əldə etmək imkanı;

  • Şəxsi bacarıqların inkişafı;

  • Kollektivdə işləmək bacarığının inkişafı;

  • YİY tərəfindən təşkil olunan seminar və təlimlərdə iştirak imkanı;

  • Proqramı bitirdiyinə dair sertifikat əldə etmək imkanı;

  • YİY-dən rəy (reference) əldə etmək imkanı;

Kim müraciət edə bilər?

 Dövlət və Bələdiyyə İdarəetməsi, Biznnesin İdarə olunması ixtisası üzrə təhsil alan tələbə və

məzunlar

 Təşkilatçılıq və ünsiyyət bacarığı olan tələbə və məzunlar

 İngilis dilində (ən azı orta səviyyədə) yazmaq, oxumaq və danışmaq bacarığı olan tələbə və

məzunlar

Proqramda iştirak etmək istəyənlər CV və maraq məktubunu [email protected] email ünvanına göndərə

bilərlər. Sənədlər azərbaycan və ya ingilis dillərində olmalıdır.

Proqramda iştirak üçün son müraciət tarixi: 16 İyul 2015

Proqramin başlama müddəti: 03 Avqust 2015

Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı