RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Tələbələr üçün geologiya üzrə 2015-cü il yay təcrübə kursu

853

Siz gələcəyin geoloqusunuz? Sedimentologiya və struktural geologiya ilə maraqlanırsınız? Bu yay keçiriləcək təcrübə kursumuzda iştirak etmək imkanını əldən verməyin. Elə indi müraciət edin.

2003-cü ildən bəri, BP Azərbaycan Bakıda təhsil alan Bakalavr və Magistr dərəcəli tələbələrin sedimentologiya və struktural geologiya üzrə yay sahə təcrübəsinə sponsorluq edir. Azərbaycanda akademik qabiliyyət və biliklərin yaradılması, eləcə də geoloq və geofiziklərin gələcək nəslinə ölkə daxilində öz bilik və bacarıqlarını inkişaf etdirməyə dəstək vermək məqsədilə kurs dövründə geologiya üzrə qabaqcıl təcrübələrdən istifadə olunur. Yay sahə kursu dövründə sahədəki nümunələrdən istifadə etməklə, tələbələrə sahə geologiyasının prinsipləri öyrədilir. Bu kursa dəstək vermək üçün beynəlxalq universitetlərdən mütəxəssislər dəvət edirik.

Geologiya üzrə yay sahə kursu bu li 31 iyul-15 avqust 2015-cü il tarixlərində Azərbaycanın şimal regionlarında və Abşeron yarımadasında keçiriləcəkdir.
NECƏ MÜRACİƏT ETMƏLİ?

Siz 15 iyun 2015-cü il tarixinədək ərizə formasını (ingiliscə) yükləyib –doldurub elektron poçt vasitəsilə bizə göndərməlisiniz.

SGC_Application_form_2015

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı