Tələbələr üçün Ümumrespublika inşa müsabiqəsi keçirilir

Tələbələr üçün Ümumrespublika inşa müsabiqəsi keçirilir

“Gələcək nəsillərlə üz-üzə” 6-cı Ümumrespublika İnşa Müsabiqəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) ilə birlikdə cari tədris ilində ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri arasında 6-cı Ümumrespublika İnşa Müsabiqəsi keçirir.
Müsabiqəyə təqdim ediləcək inşa yazıları Minilliyin layihəsinin 15 qlobal çağırışlarına uyğun 15 mövzunu əhatə edir. Müsabiqədə tələbələrin iştirakı könüllüdür və mövzu seçimi aşağıda qeyd olunan çağırışlar çərçivəsində sərbəstdir.
1. Hər kəs üçün mümkün olan dayanıqlı inkişaf;
2. Hər kəs üçün, münaqişəsiz, kifayət qədər təmiz su;
3. Əhalinin artımının mövcud olan resurslarla balansa gətirilməsi;
4. Demokratiyanın yayılması;
5. Qlobal uzaqgörənlik və qərar qəbul edilməsi;
6. İKT-nin qlobal konvengensiyası;
7. Cəmiyyətdə mülkiyyətlə bağlı təbəqələşmə;
8. Sağlamlığa təhlükə;
9. Təhsil;
10. Dünya və münaqişə;
11. Qadınların statusu;
12. Transmilli cinayətkarlıq;
13. Enerji;
14. Elm və texnologiya;
15. Qlobal etika
İnşa yazıları 15 yanvar 2016-ci il saat [email protected] elektron ünvanına, yaxud Azərbaycan Futuroloqlar Cəmiyyətinin poçt ünvanına (AZ-1001, Bakı şəhəri, V. Məmmədov küçəsi 10/12, Old Caspian Business Center) göndərilməlidir. Müsabiqənin rəsmi internet saytı www.galacaknasillar.az-dır.
“Gələcək nəsillərlə üz-üzə” 6-cı Ümumrespublika İnşa Müsabiqəsinin təlimatı ilə aşağıdakı linkə daxil olmaqla tanış ola bilərsiniz. Burada müsabiqənin məqsədi, inşa yazılarına qoyulan tələblər, qiymətləndirmə, mükafatladırmaya dair məlumatlar öz əksini tapıb.
http:// www.galacaknasillar.az/ ?s=telimat