“Tələbələrdən şeirlər” layihəsinin növbəti iştirakçısı

Dialof.info Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Məmmədov Mahmudun şeirini təqdim edir.

 

“Gözəl”

Məni məndən alan gözəl,

Gözəlliyi kimdən aldın?

İstədiyim bircə səndin,

Sən də,məni dərdə saldın.

 

Zaman keçir səssiz-səssiz,

Bilmə,məni düşüncəsiz,

Həyatın mənası yoxdu

Ömür keçə,yarım,sənsiz.

 

Sanma sevgi heç əbəsdi,

Könül sevməkdə tələsdi?

Səni görməyən günlərdə,

Ürəyimdə yellər əsdi

 

Xəyalımda daim sənsən,

Mənə məlhəm dərman sənsən,

Mənim üçün bu dünyada

Gözəllər gözəli sənsən.

 

Xəstə könlüm dərman gəzər,

Gözəlliyin aləm bəzər,

Söylə görüm canım mənə

Məgər ürək səndən bezər?