Tələbələrin təhsil haqqı qazanmaq şansı-“Təhsil haqqı” müsabiqəsi

Azərbaycan Respublikası ərazisində yerləşən, istənilən ali məktəbin ödənişli əsaslarla təhsil alan (bakalavr pilləsi, əyani), sonuncu kursda oxumayan tələbələrin hamısı üçün növbəti təhsil ilinə təhsil haqqı qazanmaq şansları yaranır. Bunun üçün aşağıdakı anketi doldurub [email protected] ünvanına göndərməyiniz və hər gün 17:00-da efirə gedən “Təhsil haqqı” verilişini dinləməyiniz lazımdır (media fm 105.5). Xatırladaq ki, “Təhsil haqqı” layihəsinin əsas tərəfdaşı Azərbaycan Respublikası Təhsil Nazirliyidir.

Dialoq.info-nun məlumatına görə, anketdəki suallara tam və dolğun cavab verməyiniz tələb olunur. Anketi doldurduqdan sonra, onu Media FM
radiostansiyasına, [email protected] ünvanına 09.10.2014, saat 00:00-dək göndərməlisiz.
Məktubunuza 15.10.2014, saat 00:00-dək cavab veriləcək.
Anketiniz Media FM tərəfindən qəbul edilibsə, yəni cavab məktubu almısızsa, deməli “Təhsil haqqı”
müsabiqəsinin seçim turuna qatılırsız.

Anket: https://www.dropbox.com/s/p…/Tehsil%20Haqqi%20-%20Anket.doc…