RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Tələbəliyin Rəngləri” layihəsi

421

AEGEE Bakı “Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi”nin Təhsil işçi qrupu “Tələbəliyin Rəngləri” layihəsinə start verdi!

Layihə gənclərin məhz mövcud bacarıq və vərdişlərini daha da inkişaf etdirməyi, elmi dünyagörüşü formalaşdırmağı, gələcəkləri ilə bağlı düzgün seçimlər etmələri üçün bir növ kompas rolunu oynayaraq, onları istiqamətləndirməyi nəzərdə tutur.

Layihənin əsas məqsədi gənclərə, xüsusilə də universitetə yeni qəbul olunmuş tələbələrə uğur qazanmağın sirrlərini öyrətmək, tələbəlik illərini daha məhsuldar və səmərəli keçirmək üçün nələr edilməli, özünün bacarıqlarını, potensiallarını necə kəşf etməli, ruh düşkünlüyünün qarşısını necə almalı və özünü necə motivasiya etməli kimi suallara ətraflı izah və şərh verməkdən ibarətdir.

Layihə çərçivəsində hər həftə bir universitetdə təcrübəli təlimçi və AEGEE-Bakının fəxri üzvü Tofiq Sadıxov tərəfindən motivasiya və istiqamətləndirmə üzrə təlimlər keçiriləcəkdir.

Təlim 17 oktyabr saat 14:00-da Azərbaycan Dillər Universitetində baş tutacaqdır. Təlimlər bitdikdən sonra aktiv iştirakçılar sertifikatla təmin olunacaqlar.

DİQQƏT! Layihəyə maraq həddindən çox olduğundan və biz,təəssuf ki, bütün mövcud universitetlərdə bu təlimləri keçirə bilmədiyimizdən təlim keçirilən universitetlərdən başqa digər universitetlərdən qatıla biləcək tələbələr üçün əlavə yer ayırmışıq. Belə ki, 17 oktyabr Dillər Universitetində, daha sonra İqtisad Universitetində baş tutacaq təlimlərdə iştirak etmək istəyisinizsə aşağıda verilən qeydiyyat formunu doldurmağınız xahiş olunur. Yerlər məhduddur. (həmin universitetlərdə təhsil alan tələbələrin qeydiyyatdan keçməyinə ehtiyac yoxdur)

http://goo.gl/forms/tfCa1Cr61X

Qeyd: Təlimlərdə iştirak ödənişsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı