RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Tələbəliyin Rəngləri” layihəsi

455

AEGEE Bakı “Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi”nin Təhsil işçi qrupu “Tələbəliyin Rəngləri” layihəsinə start verir!

Layihə gənclərin məhz mövcud bacarıq və vərdişlərini daha da inkişaf etdirməyi, elmi dünyagörüşü formalaşdırmağı, gələcəkləri ilə bağlı düzgün seçimlər etmələri üçün bir növ kompas rolunu oynayaraq, onları istiqamətləndirməyi nəzərdə tutur.

Layihənin əsas məqsədi gənclərə, xüsusilə də universitetə yeni qəbul olunmuş tələbələrə uğur qazanmağın sirrlərini öyrətmək, tələbəlik illərini daha məhsuldar və səmərəli keçirmək üçün nələr edilməli, özünün bacarıqlarını, potensiallarını necə kəşf etməli, ruh düşkünlüyünün qarşısını necə almalı və özünü necə motivasiya etməli kimi suallara ətraflı izah və şərh verməkdən ibarətdir.
Layihə çərçivəsində hər həftə bir universitetdə təcrübəli təlimçi və AEGEE-Bakının fəxri üzvü Tofiq Sadıxov tərəfindən motivasiya və istiqamətləndirmə üzrə təlimlər keçiriləcəkdir.

İlk təlim 10 oktyabr saat 14:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutacaqdır. Təlimlər bitdikdən sonra aktiv iştirakçılar sertifikatla təmin olunacaqlar.

Qeyd: Təlimlərdə iştirak ödənişsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı