Təlim-məşğələ: “Yaxşı hazırlıqlı milli cəmiyyət”

Bakıda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə “Yaxşı hazırlıqlı milli cəmiyyət” adlı təlim-məşğələ keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargah, regional mərkəzlər və rayon bölmələrinin əməkdaşları ilə birlikdə milli cəmiyyətin potensialını və gücünü yenidən nəzərdən keçirməkdən ibarət olub.
Təlim iştirakçılarına mövzu ilə bağlı müxtəlif təqdimatlar və qrup məşğələləri keçirilib, fikir mübadiləsi aparılıb, həmçinin fəlakət riskinin idarə olunması, standart əməliyyat proseduraları, əməliyyatlar zamanı təhlükəsizliyin təmin olunması mövzuları gündəmə gətirilib. Məşğələnin sonunda əldə olunan nəticələr əsasında fəaliyyət planı tərtib olunub və sahələr üzrə cavabdeh şəxslər təyin edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here