RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.07 07:17

“Tərəkəmə Kamil” ləqəbli narkobaronun məhkəməsi başlayır

59

Balakən rayonunda narkotik satışı və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 15-də keçirləcək.

Qeyd edək ki, dəstə üzvləri bu ilin sentyabr ayında saxlanılıblar. Əməliyyat-axtarış tədbirləri zamanı Mahalar kənd sakini, “Tərəkəmə Kamil” ləqəbli narkobaron Kamil Həsənov tutularaq istintaqa təhvil verilib. Araşdırma zamanı onun tanışları – Elvin Süleymanov, Elçin Qarayev, Akif Umarov, Rauf İsmayılov, Rəsul İsmayılov, Ceyhun Namazov, İlham Mahatov, Zülfüqar Xəlilov və Ramiz Mahatov ilə əlbir olduğu müəyyənləşib.

Meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu və 446 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Dəstə üzvlərinə Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı