Təzyiqin aşağı salınmasının ən sadə üsulu yuxudur

Arterial təzyiqin aşağı salınmasının ən sadə üsulu 7-9 saat yuxulamaqdır. Arizona Universitetindən olan mütəxəssislər bu qənaətə gəliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə təzyiqin qalxmasının səbəblərindən biri də pis yatmaq və ya doyunca yatmamaqdır. Yaşı 45-ə yaxın olan 300 könüllü üzərində aparılan yeni eksperimentin gedişində alimlər yuxunun müxtəlif mərhələsinin orqanizmə effektli təsirini öyrəniblər.

Xüsusi qolbaqların köməyi ilə tədqiqatçılar sınaq iştirakçılarının vəziyyətini müəyyən ediblər. Nəticədə məlum olub ki, cihaz pis yatanlarda yüksək sistolik təzyiqi təyin edib. Bununla bərabər, yuxu hipotoniklərə təzyiqin normallaşmasında yardım edib, yəni onun nə artmasına, nə də azalmasına səbəb olub.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, təzyiqin normallaşdırılması üçün saat 23.00-dan gec olmayaraq uzanmaq və 7-9 saat yatmaq vacibdir. Bu zaman mobil qurğuları söndürmək, pərdələri sıx örtmək məsləhət görülür. Bu, yuxu hormonu deyilən melatoninin fəal şəkildə yaranmasına kömək olur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here