RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.10.01 17:13

Tağıyevin heykəli Novruz bayramına kimi hazır olacaq

54

Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması prosesi davam edir.

Layihənin müəllifi olan Xalq rəssamı Xanlar Əhmədov Azvision.az -a açıqlamasında bildirilib ki, artıq işçi model tam hazırdır.

“Novruz bayramına kimi heykəl hazır olacaq və açılışını edəcəyik. Hazırda işimizə mənfi təsir edən heç bir maneə yoxdur. Heykəlin hazırlanma xərci hələlik tam hesablanmayıb. İşlər davam edir, heykəlin ərsəyə gəlməsində mərmər, qranit və tuncdan istifadə olunacaq”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı