Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, abituriyentlər avqustun 30-u saat 17.00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətədək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here