RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.08 18:39

Tamblinq üzrə 17-ci Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

67

Bakı Gimnastika Məktəbində tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi başa çatıb.

Trend-in məlumatına görə, yarışlarda uşaqlar (2009-2011-ci illər), yeniyetmələr (2007-2008-ci illər), gənclər (2003-2006-cı illər) və böyüklər (2002-ci il və daha böyük) yaş qrupunda Bakı Gimnastika Məktəbi və “Neftçi” idman klubunun nümayəndələri iştirak edib.

Kişilər arasında uşaqlar yaş qrupunda Aqil Abbas 58.300 xalla birinci olub, ikinci yeri Rəsul Rəhimli (57.800 xal), üçüncü yeri Adəm Rüstəmzadə (57.500 xal) tutub. Hər üç idmançı Bakı Gimnastika Məktəbini təmsil edir.

Qadınlar arasında uşaqlar yaş qrupunda Bakı Gimnastika Məktəbininin gimnastı Məryəm Əhədova 57.600 xalla birinci olub, ikinci yerdə Milana Salmanova (54.900 xal, “Neftçi” idman klubu) qərarlaşıb.

Kişilər arasında yeniyetmələr yaş qrupunda Aleksey Karataşov 62.300 xalla birinci olub, ikinci yeri Abbas Abbasov (60.800 xal) tutub. İdmançılar Bakı Gimnastika Məktəbini təmsil edir.

Kişilər arasında gənclər yaş qrupunda Tofiq Əliyev 63.800 xalla birinci olub, ikinci yeri Adil Hacızadə (63.800 xal), üçüncü yeri Bilal Qurbanov (62.800 xal) tutub. Hər üç idmançı Bakı Gimnastika Məktəbini təmsil edir.

Kişilər arasında böyüklər yaş qrupunda Bakı Gimnastika Məktəbinin nümayəndəsi Fərdi Mustafayev 58.900 xal toplayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı