RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.07 12:44

Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək

17

Azərbaycan Gimnastika Federasiyasının (AGF) yerli yarışlarının növbəti iştirakçıları tamblinq və batut gimnastikasının təmsilçiləri olacaq. Noyabrın 8-9-da tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, həmçinin batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və Birinciliyi keçiriləcək.

Trend AGF-ə istinadla xəbər verir ki, digər yarışlardan fərqli olaraq tamblinqçilər və batutçular ayrı-ayrı məkanlarda yarışacaqlar. Tamblinq yarışları noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarışlar isə ertəsi gün Bakı Olimpiya İdman Kompleksində baş tutacaq.

Tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” idman klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparacaqlar.

Batut gimnastikası üzrə yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı