Tanınmış muğam ifaçısı Zabit Nəbizadə Türkiyədə beynəlxalq festivalda ölkəmizi təmsil edib

Türkiyənin Konya şəhərində Mövlanənin anadan olmasının 811-ci ildönümü münasibətilə XV Konya Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festivalda ölkəmizi tanınmış muğam ifaçısı Zabit Nəbizadə təmsil edib.

Qeyd edək ki, festivalda 47 ölkədən 133 musiqi qrupu iştirak edib. Özbəkistan, İran, Əfqanıstan, Türkiyə və digər ölkələrin musiqiçiləri arasında Azərbaycanı milli muğamımızla təmsil edən Zabit Nəbizadənin möhtəşəm ifası alqışlarla qarşılanıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here