RESPONSIVE LEADERBOARD AD AREA
ƏDƏBİYYAT 2019.08.18 14:19

Tanınmış şair Oqtay Rza vəfat etdi

66

Azərbaycanın tanınmış şairi Oqtay Rza vəfat edib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Cebhe.info xəbər verir ki, şair 85 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olub.

Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alıb. Sovet dövründə elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb.

Əsərləri xarici mətbuatda dərc edilib. “Kamennıy Svetilnik” şeirlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb.

Müəllifin 12 kitabı nəşr edilib. Şairin “Ürəyimi oxuyun”, “Yasəmən çiçəkləyəndə”, “Rabi karvanı-dördlük çələngi” kitabları daha oxucuların rəğbətini qazanıb.

Allah rəhmət eləsin.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı