RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.09.13 14:44

Tanınmış yazıçıya AYB-də vəzifə verildi

56

Azərbaycan Yazıçılar Birliyində (AYB) Ədəbiyyat Fonduna direktor təyin edilib.

Dialoq.info Oxu.az-a istinadən xəbər verir ki, bu şəxs AYB-nin üzvü, yazıçı Əjdər Oldur.

Məsələ ilə bağlı birliyin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxladıq.

Katib Oxu.Az-a açıqlamasında deyib ki, Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur:

“Nazim İbrahimov, əslində, birliyə Ədəbiyyat Fondunun direktoru kimi gəlmişdi. Amma bu inzibati vəzifə, təsərüffatla bağlı olduğu və Nazim müəllimin həmişə yüksək vəzifələrdə işlədiyini nəzərə alaraq onu sədr müavini kimi qeyd edirdik.

Yeni təyin olunan şəxs isə yalnız Ədəbiyyat Fondunun direktoru kimi işləyəcək. Artıq yeni direktorun kim olması müəyyənləşib”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov sentyabrın 1-də vəfat edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı