Tarixçi alimlərin əsərlərinin impakt faktorlu jurnallarda çap edilməsi imkanları müzakirə olunub

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda tarixçi alimlərin əsərlərinin impakt faktorlu jurnallarda çap edilməsi imkanları ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan iclas keçirilib.

Tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək rəhbərlik etdiyi müəssisənin Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

Alim Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədlərinin gətirildiyini bildirib.

Sonra Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda nəşr olunan 365 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir. Alim Azərbaycan tarix elminin xalqımızın və dövlətçiliyimizin siması olduğunu qeyd edib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə akademik Fikrət Əliyev, “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının aparıcı redaktoru Qəmər Məmmədova iştirak ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here