“TBC Kredit” işçi axtarır

“TBC Kredit” – bank olmayan kredit təşkilatı (BOKT) “Mikro biznes kreditləri üzrə baş mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Dialoq.info-un BOKT-a istinadən verdiyi məlumata görə, namizədlər ali iqtisadi təhsilli olmalı (maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir), Azərbaycan dilində sərbəst danışmağı bacarmalıdır. Rus dilini bilmək arzuolunandır. Mikro biznes kreditləşməsi sahəsində rəhbər vəzifədə ən azı üç il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
– Komanda yaratmaq, təlimləndirmək və  idarə etmək;
– Kredit portfelini formalaşdırmaq, idarə etmək və yüksək keyfiyyətini saxlamaq;
– Komandanın kredit planının yerinə yetirilməsinə nəzarət etmək.
Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here