Tbilisidə loqistika mərkəzinin tikintisi ilə bağlı 5 şirkət müraciət edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində loqistika mərkəzinin tikintisi ilə bağlı 5 şirkət müraciət edib. Onların arasında Azərbaycan şirkəti də var.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

Nazir bildirib ki, Kutaisi loqistika mərkəzinin tikintisinə isə 3 şirkət maraq ifadə edib: “Loqistika mərkəzlərinin inşası ölkənin tranzit potensialı üçün olduqca əhəmiyyətlidir. Tbilisi loqistika mərkəzinə 95 milyon, Kutaisi loqistika mərkəzinə isə 73 milyon dollar investisiya cəlb olunacağı gözlənilir. Loqistika mərkəzlərində 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”.

Fevralın 2-də loqistika mərkəzlərinin inşası üzrə yaradılmış xüsusi komissiyanın iclasında şirkətlərin müraciətləri nəzərdən keçirilib. Azərbaycanla yanaşı, Çin, Türkiyə və digər ölkələrdən olan şirkətlər Tbilisidə loqistika mərkəzinin tikintisinə maraq ifadə ediblər.

Qalib şirkət müraciətlərə baxılandan sonra elan olunacaq. Loqistika mərkəzinin inşası investisiya müqaviləsinin imzalanmasından 18 ay sonra başlamalıdır. Tbilisi və Kutaisi loqistika mərkəzlərinin tikintisi 5 il müddətinə başa çatmalı və birinci ildən başlayaraq onlar fəaliyyətə başlamalıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here