Təhsil İdarəsi: Bakı məktəblərində davamiyyət göstəricisi digər günlərə nisbətən aşagı düşüb

Hava şəraitinin qarlı və şaxtalı keçməsi Bakı məktəblərində də dərsə davamiyyətə təsir edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisi digər günlərə nisbətən aşagı düşüb: “Buna baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi davam edir”.

APA