Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında qiymətləndirmənin rolu müzakirə edilib

Sentyabrın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ali təhsil sistemində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında qiymətləndirmənin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da milli təhsilimizin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli idarəetmə mexanizminin yaradılması, tədris-metodik vəsaitlərin təkmilləşdirilməsi, nəticə əsaslı stimullaşdırıcı və motivasiya mühitinin yaradılması kimi məsələlər müzakirə olunub. Tədbirdə, həmçinin rəqabət qabiliyyətli kadr potensialının hazırlanması üçün beynəlxalq təcrübəyə əsaslanan şəffaf və ədalətli qiymətləndirmə metodikalarının öyrənilməsi, tətbiqi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

“Dəyirmi masa”da təhsil üzrə ekspert Etibar Əliyevin və digər natiqlərin çıxışları dinlənilib, təkliflər irəli sürülüb.

 

azərtac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here