Tələbələr dərsə milli geyimdə gələcək

 

Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “ Milli adət- ənənələrimizi yaşadaq”adlı tədbir keçiriləcək.

ADU- nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayevin bu təşəbbüsü universitet rəhbərliyinin I kurs tələbələri ilə görüşündə müzakirə olunub və rəğbətlə qarşılanıb. Tədbirin keçirilməsində məqsəd tələbələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların soy-kökümüz və milli adət-ənənələrimizə bağlılığının daha da möhkəmləndirilməsi, milli irsimizin təbliğ edilməsidir. Bu məqsədlə qərara alınıb ki, hər ayın bir günü universitetin I kurs tələbələri könüllü olaraq dərsə milli geyimdə və ya milli geyimin hər hansı bir elementini əks etdirən tərzdə gəlsinlər.

Tədbirdə I kurs tələbələri ilə yanaşı professor- müəllim heyəti, digər kurs tələbələri də iştirak edə bilər.

 

cebhe.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here