«Test Baku» adlı 2 hissədən ibarət panel keçiriləcək

Yüksək Texnologiyalar Parkında növbəti tədbirlərdən biri olan «Test Baku» adlı 2 hissədən ibarət panel keçiriləcək. Dialoq.info-nun məlumatına görə, AZTB – Azerbaijan Testing Boardla Keytorc şirkətinin birgə təşkilatçılığı ilə Baş tutacaq paneldə Azərbaycanın proqram təminatında testlərin gələcəyi müzakirə olunacaq. Şərqi Avropa və Qafqaz regionunda keçirilən tədbirlər silsiləsinin (Testİstanbul, TestFinans, TestRomania) bir hissəsi olan TestBaku tədbirinin konsepti iki hissədən ibarət olan müzakirə paneli şəklindədir. TestBaku tədbirinin konsepti iki hissədən ibarət olan diskusiya paneli şəklindədir. İştirakçılar və Panelistlər Azərbaycanda İKT üzrə Proqram Təminatının Test olunması sahəsi,bu istiqamətdəki yeniliklər və bu sahənin gələcəyi haqqında diskusiya aparacaqlar. Tədbir iştirakçıları Azərbaycandakı firmaların proqram təminatının test olunmasına və keyfiyyətinə hansı dərəcədə önəm verdikləri haqqında məlumat əldə edəcəklər. Eyni zamanda Proqram Təminatının test olunması haqqında yeni trendlərdən xəbərdar olacaqlar və bu sahədə təlim və karyera inkişaf imkanlarını öyrənəcəklər. Tədbirin əvvəlində və ortasında ayrılmış çay fasilələrində peşəkarlarla tanışlıq və şəbəkələşmə üçün əlverişli imkan olacaq.

Hədəf Auditoriya:
• Test Mühəndisləri
• Keyfiyyətin Təminatı üzrə mütəxəssislər
• Biznes Analitikləri
• Sistem Analitikləri
• Proqram Təminaı üzrə Peşəkarlar
• Programçı mütəxəsislər
• Layihə Menecerləri

Tədbirin Proqramı:
14:00 – Tanışlıq
14:30 – Panel Birinci hissə
16:00 – Çay Fasiləsi
16:15 – Panel İkinci hissə
17:00 – Yekun

Qeydiyyat üçün: http://www.keytorc.com/news/events/testbaku/