“Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb

Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, filologiya üzrə elmlər doktoru, akademik, AMEA Humanitar elmlər bölməsinin akademik katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Həşim oğlu Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılıb. Sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərləri, redaktə və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar, onun haqqında yazılan qəzet və jurnal materialları əhatə olunub.

Qeyd edək ki, sərgi bir həftə ərzində davam edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here