Tibb tələbələrinə layihələrin yazılması öyrədiləcək

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə  “Aktiv Tibb Tələbəsi Proqramı” (ATTP) layihəsi həyata keçiriləcək.

 

Layihə  rəhbəri Nicat Mehralıyevin verdiyi məlumata görə, “Aktiv Tibb Tələbəsi Proqramı” (ATTP)  layihəsi çərçivəsində 17-18 noyabr tarixlərində ATU tələbələrinə layihələrin yazılması, idarə olunması mövzularında təlimlər keçiriləcəkdir.

Təlimlər zamanı tibb tələbələrinə təcrübəli təlimçilər tərəfindən ictimai fəaliyyətin əsasları, layihələrin ideya halından başlayıb icrasına qədər olan mərhələləri ilə bağlı biliklər veriləcək. Daha sonra təlimçilərin köməyi ilə iştirakçılar öz ideyalarını layihələşdirəcəkdir. Həmin layihələrin həyata keçirilməsində ATU THİK öz dəstəyini verəcəkdir.

Layihənin keçirilməsinin məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında ictimai aktivliyin artırılması, gənclərin asudə vaxtının səmərəli keçirilməsinin təşkilindən ibarətdir.

Qeydiyyat xəbəri: Aktiv Tibb Tələbəsi Proqramı (ödənişsiz)

(üstünə klik edin)