RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Tovuzlu fermerlər tütün sahələrinin hər hektarından 5 ton məhsul götürəcəklərinə əmindirlər

127

Tovuzda tütün təsərrüfatı ənənə halını almağa başlayıb. İkinci ildir ki, bu sahəyə maraq göstərən fermerlər bu mövsüm torpağa daha çox şitil əkiblər. Təsərrüfatçılar deyir ki, ötən il məhsuldarlıq yaxşı olub. Bu il havaların yağışlı keçməsi isə daha çox məhsul əldə etməyə şərait yaradıb. Ümumilikdə, Tovuzda 50 hektardan çox sahədə tütün becərilir. Bu rəqəm ötən illə müqayisədə təxminən iki dəfə çoxdur. Məhsulun satışına gəlincə isə fermerlər ilin əvvəlindən tütün emalı zavodu ilə müqavilə bağlayıblar ki, mövsümün əvvəlində bitkinin qurudulmuş yarpağını həmin müəssisələrə satacaqlar. Bu, kəndlilərin işini bir qədər də asanlaşdırır.

Tütünçü Vaqif Musayev deyib: “Keçən il bir hektar sahədə tütün əkdik və yaxşı məhsul götürdük. Ona görə də bu il iki hektar sahədə əkdik. Hazırda becərmə işləri görülür. Suvarılma vaxtında aparılır. Alaq otları təmizlənəndən sonra yenə suvarılacaq. İnşallah, məhsuldarlıq daha yaxşı olacaq. Keçən il hektara 4 ton götürmüşdük. Bu il çalışacağıq ki, 5 ton götürək”.

Bitkinin yaxşı məhsul verməsi üçün xeyli zəhmət tələb olunur. İşlərin çoxu əl əməyi ilə görülür. Tütün toxum şəklində torpağa səpilir. İstixana şəraitində şitil yetişdirilərək əkin sahələrinə köçürülür. Bundan sonra ardıcıl şəkildə suvarma və toxalama işləri aparılır. Tütün susevər bitkidir. Yarpaqlarının böyüklüyü onun məhsuldarlığından xəbər verir. Bunun üçün də tez- tez suvarılması məsləhət görülür.

Azertac

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı