RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

TQDK-da ballar harada və necə hesablanır?

770

Xəbərlər.az saytına istinad edərək xəbər veririk ki, ölkədə Elektron hökumət quruculuğu, İKT- nin dövlət qurumlarında tətbiqi prosesi xeyli sürətlənib. Bütün dövlət qurumlarında bu sahə ilə əlaqəli struktur vahidlər yaradılıb. Xidmətlərin elektron formaya keçirilməsi prosesi, vətəndaşlarla, dövlət orqanları və biznes qurumları ilə əlaqələrin yaradılmasında İT- dən istifadə edilməsi, dövlət qurumlarının saytlarının yenilənməsi prosesi hər kəs üçün kifayət qədər maraq kəsb edir.

Və bu dəfə biz tanışlıq üçün qurum seçərkən vətəndaşlarla daha çox əlaqədə olan, İT- nin tətbiqi sahəsində xeyli uğurlar əldə edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) İKT sahəsindəki fəaliyyəti, bu sahədə çalışan kadrlarla yaxından tanış olmaq qərarına gəldik.

İlk olaraq İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilovla söhbət edirik.

Şöbə müdiri qeyd edir ki, əldə olunan nailiyyətləri nəzərə alaraq, 1999- cu ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Komissiya  “2000- ci il problemi”nin həlli üzrə Milli Qurum təyin edildi.

O illərdə həmçinin Azərbaycan Hökumətinin tapşırığı və BMT- nin İnkişaf Proqramının qrantı əsasında TQDK tərəfindən qısa bir zamanda “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi” yaradılıb. 2000- ci ilin noyabrında Prezident Heydər “Seçkilər” İnformasiya Mərkəzinin açılışında Komissiyanın işini yüksək qiymətləndirib.

Çingiz müəllim qeyd edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkəmizdə İKT- ni kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu olub və qəbul kampaniyası ilə bağlı məlumatların emalının və imtahan iştirakçılarına çatdırılması prosesinin bütün mərhələlərinin avtomatlaşdırılmasına nail olub.

Daha sonra Komissiyanın İKT sahəsində fəaliyyəti, iş prinspləri barədə ətraflı məlumat verilir:

Komissiyanın strukturunda İKT sahəsinə bilavasitə cavabdeh şöbə İnformasiyalaşdırma və texnoloji təminat şöbəsidir. Şöbənin tərkibində dörd sektor fəaliyyət göstərir və şöbədə 13 nəfər çalışır. Çingiz müəllim qeyd edir ki, komissiyanın digər şöbə və sektorlarında da İT mütəxəssisləri məhsuldar çalışırlar. Msələn, Yoxlama- ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin,Ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun adlarını çəkmək olar.

Qurumun tətbiqi proqramlarını öz  İT mütəxəssisləri  hazırlayır

Çingiz Xəlilov deyir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında daxili texnoloji proseslərdə istifadə edilən, həmçinin vətəndaşlara və müxtəlif qurumlara göstərilən elektron xidmətlərin fəaliyyətini təmin edən tətbiqi proqramlar qurumun öz mütəxəssisləri tərəfindən hazırlanıb tətbiq və idarə olunur. Belə ki, TQDK- da kifayət qədər təcrübəli İT mütəxəssisləri çalışdığı üçün Komissiya yalnız sistem və standart proqramları kənardan alır. Sual veririk ki, bəs özəl şirkətlər proqramçılara yüksək maaş verdiyi halda niyə mütəxəssisləriniz ora üz tutmurlar? Çingiz müəllim qeyd edir ki, İT səhəsində çalışan mütəxəssislərimizin bir çoxu əmək fəaliyyətini Komissiyada başlayıb burada mütəxəssis kimi yetişəblər. Komissiya onlar üçün də artıq doğma mühitdir və peşə səviyyəsinin artırılması üçün əlverişli şəraitin olduğu bir yerdir. Digər tərəfdən isə, dövlət qulluğunda çalışmaq stabil əmək haqqı və gələcəkdə yüksək pensiya deməkdir.

1992-ci ildən bütün məlumatlar TQDK-nın bazasında  var

Çingiz müəllim bildirir ki, TQDK- nın məlumat bazasının əsası 1992- ci ildə qoyulub. Həmin dövrdən bu yana məlumat bazaları mütəmadi olaraq zənginləşdirilir və aktuallaşdırılır. Hazırda bazada 1992- 2014- cü illərdə imtahanda iştirak etmiş bütün vətəndaşlar barədə məlumatlar mövcuddur. Bundan əlavə, son dövrlərdə kifayət qədər funksional və zəngin məlumat bazalarına malik olan “Tələbə- məzun” dövlət elektron məlumat sistemi” və “Şagird- məzun” elektron məlumat sistemi” yaradılaraq istifadəyə verilib.

Yaxın zamanlarda ümumi orta təhsil müəssisələrində buraxılış imtahanları keçiriləcək. Bunun üçün məktəblər artıq öz şagirdləri barədə məlumatları “Şagird- məzun” sistemi”nə yükləyiblər. Orta məktəblər il ərzində mütəmadi olaraq bütün məlumatları aktuallaşdırır, şagirdlərin yekun qiymətləndirməsində istifadə ediləcək fənlər üzrə illik qiymətlərini sistemə daxil edirlər. İyunun 2- də ilk buraxılış imtahanıdır. Bakı şəhərində keçiriləcək bu imtahanda 56 minə yaxın şagird iştirak edəcək. Regionlarda isə imtahanlar iyunun 16- da başa çatacaq. 4 mindən çox orta məktəb zəruri məlumatları “Şagird- məzun” sisteminə daxil edib.

TQDK- nın elektron və mobil xidmətlərindən 5 milyon dəfədən çox istifadə olunub

Öyrənirik ki, TQDK vətəndaşlara 14 növ elektron xidmət göstərir. Xidmətlərin hamısı Elektron Hökumət Portalına inteqrasiya edilib. Qurum rəsmisinin sözlərinə görə, 2015- ci ildə TQDK- nın elektron və mobil xidmətlərindən 5 milyon dəfədən çox istifadə olunub. Bu xidmətlər ərizə qəbulu, imtahan nəticələrinin abituriyentlərə çatdırılması, ödəmə kartlarının və jurnalların elektron satışı, SMS- məlumatlandırma və s. kimi müxtəlif prosesləri əhatə edir .

Oğlan abituriyentlər də  elektron ərizəsini İnternet üzərindən özü təsdiqləyə biləcəkdir. 

Çingiz Xəlilov bildirir ki, abituriyentlər özləri haqqında məlumatları İnternet üzərindən məlumat bazalarına əlavə edir, təsdiqləyir və qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Onların əksəriyyətinin Sənəd Qəbulu Komissiyalarına gedərək ərizələrini təsdiq etdirmələrinə ehtiyac qalmır. Amma əvvəlki illərin orta məktəb məzunu olan oğlan abituriyentlərin bu imkanları hələlik  yoxdur. Onlar məcburən sənədlərini SQK- larda təsdiqlətməli idilər, çünki onlar hərbi mükələfiyyətlidirlər və onların hərbi qulluğa dair sənədləri yoxlanmalıdır. Ancaq artıq bu məsələ də həll olunmaq üzrədir. Belə ki, TQDK– nın informasiya sistemləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya sisteminə inteqrasiya olunub. İldən ilə Dövlət Xidmətinin bazaları zənginləşdikcə daha çox oğlan abituriyent elektron ərizəsini İnternet üzərindən özü təsdiqləyə biləcəkdir.

Çingiz Xəlilov daha bir yenilik barədə danışır.

Deyir ki, TQDK- nın elektron imza sertifikatını təhlükəsiz şəkildə saxlamaq və onlayn rejimdə istifadə etmək məqsədilə serverə xüsusi avadanlıq qoşulub. Artıq İnternet üzərindən istifadəçilərə təsdiqlənəməsi tələb olunan sənələr verildikdə, bu sənədlər real vaxt rejimində generasiya olunub qurumun rəsmi elektron imzası ilə imzalanır. Məsələn, ümumtəhsil müəssisələrinin buraxılış sinfi şagirdlərinin attestata və ya şəhadətnaməyə yazılacaq yekun qiymətlərinin siyahısı əvvəllər təhsil şöbələrinə ənənəvi üsulla kağız blanklarda göndərilirdisə, artıq iki ildir ki, bu proses tam elektronlaşıb, sənədlər elektron formada imzalanır və aidiyyatı qurumlar bu sənədləri vaxt itkisinə, maliyyə xərclərinə yol vermədən TQDK- nın saytından yükləyə bilirlər.

Cavab kartlarının oxunduğu otaq

9641

Çingiz müəllimlə söhbətimizi bitirib sektorlarla əyani tanış oluruq. Bizi Məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev qarşılayır.

Plastik qutular diqqətimizi çəkir. İlqar Allahverdiyev deyir ki, test kitabçaları və cavab kartları imtahana bu qutularda çatdırılır. Qutuların qapağı plomblanır və qutular yalnız imtahan binasında əvvəlcədən müəyyən edilmiş vaxtda açılır.

Cavab kartları üzərində TQDK- nın rəsmi nişanəsi olan xüsusi zərfələ gətirlir

Sektor müdiri məlumat verir ki, imtahandan sonra imtahan iştirakçılarının cavab kartları şöbəyə təhvil verilir. Sonrakı mərhələdə işlər təhlükəsizlik tədbirləri şəraitində görülür.

9631

Öyənirik ki, imtahan bitən zaman imtahan zalında cavab kartları üzərində TQDK- nın rəsmi nişanəsi olan xüsusi zərfə yerləşdirilir, bağlandıqdan sonra isə zərf nəzarətçilər və bir neçə abituriyent tərəfindən imzalanır. Bu zərflərin xüsusiyyəti ondan ibarətdir ki, onları ikinci dəfə bağlamaq mümkün deyil. Bununla TQDK imtahan cavablarının quruma daxil olana qədər təhlükəziliyini təmin etmiş olur.

Cavab kartları 4  maşında oxunur

İmtahandan sonra cavablar xüsusi skanerlər vasitəsi ilə oxunur. Qeyd edək ki, otaqda 4 mühafizə kamerası quraşdırılıb. Mühafizə kameralarının görüntüləri mühafizə olunan otaqda yerləşən video qurğusunun yaddaşına yazılır.

Sektor müdiri deyir ki, cavab kartlarının oxunmasını isə dörd oxuyucu maşın həyata keçirir. Bir maşın saatda 10 min blankı oxuya bilir. Hər bir cavab kartı iki dəfə müxtəlif oxuyucudan keçir.

Oxuma faylları müqayisə edilir və oxuma fərqi yaranan cavab kartları üçüncü dəfə xüsusi rejimdə skanerdən keçirilir. Məqsəd cavabların cavab kartında olduğu kimi, xətasız oxunub kompüterin yaddaşına yazmaqdan ibarətdir. İlqar müəllim qeyd edir ki, istifadə edilən avadanlıq və texnologiya buna tam təminat verir.

9636

İmtahan iştirakçılarının cavabları əsasında onların balları hesablanır. Qeyd etməliyik ki, texniki səhvlərin qarşısını almaq məqsədilə bu proses zamanı ballar bir neçə əməkdaş tərəfindən tərtib edilmiş proqramlar vasitəsilə paralel olaraq hesablanır və nəticələr müqayisə edilir.

9637

Cavab kartları bu maşınlarda skaner olunur

Burada istifadə edilən digər skanerlər isə cavab kartlarının elektron təsvirini, və ya fotoşəklini almağa imkan verir. Qeyd edək ki, müvafiq proqramı şöbənin əməkdaşı İlqar Mahmudov hazırlayıb.

9638

İlqar Mahmudov deyir ki, TQDK artıq iki ildir ki, abituriyentlərin cavab kartalarının şəkillərini internetdə onların şəxsi səhifələrində yerləşdirir. Bununla da, abituriyentlər və onların valideynləri imtahanda qeyd edilmiş cavabları balların hesablanmasında istifadə edilən cavablarla müqayisə edə bilirlər. İlqar müəllim məlumat verir ki, skanerlərin sürəti imkan verir ki, imtahan nəticələri elan edilənədək cavab kartlarının şəkilləri çəkilsin.

Məlumatların mühafizəsini təmin etmək məqsədi ilə emal başlanandan nəticələr ictimaiyyətə elan olunana qədər iş zallarına giriş- çıxış məhdudlaşdırılır, hər hansı bir informasiya daşıyıcısının bu otağa gətirilməsi və çıxarılması qadağan edilir. Burada emal zamanı hətta simsiz rabitə vasitələri ilə məlumat mübadiləsinin qarşısını almaq məqsədilə xüsusi avadanlıqlar quraşdırılır.

komp

Yoxlama- ölçmə materialları bazasının yaradılması və ekspertizası şöbəsinin müdiri Çingiz Rüstəmovla görüşürük.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı