RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

TQDK iş nömrəsini və şifrəni itirmiş abituriyentlərə müraciət edib

638

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) elektron ərizə vasitəsi ilə əldə edilmiş iş nömrəsi və şifrəni itirmiş abituriyentlərə müraciət edib.

TQDK-dan verilən məlumata görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 və 7735 nömrələrindən müvafiq olaraq “Elektron ərizə vermək üçün ödəmə kartı” və “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri (seriya nömrəsini və Pin kodu) unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 rəqəmini göndərmək lazımdır.

“Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün isə ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 3 rəqəmini göndərmək yetərlidir.

Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı