RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

TQDK-nın sədri Beyləqan şəhərində vətəndaşları qəbul edəcək

184

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə aprelin 8-də Beyləqan şəhərində vətəndaşları qəbul edəcək.

TQDK-dan bildiriblər ki, qəbulda Beyləqan, Füzuli, Zərdab və İmişli rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbul saat 11.00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyənlərdən Komissiyanın internet saytına (www.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə (ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 1, əlaqə telefonu: (021) 275-55-94) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qeydiyyata yazılmaq istəyənlər Beyləqan, Füzuli, Zərdab və İmişli rayonlarının təhsil şöbələrinə də martın 29-dan aprelin 7-dək (şənbə və bazar günü istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı