TQDK-nın sədri M. Abbaszadə Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək

Gədəbəy rayonunda keçiriləcək qəbulda, Gədəbəy, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul martın 18-də, saat 13:00-da Gədəbəy rayon Mədəniyyət Evində keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Gəncə regional bölməsinə (ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon Təhsil Şöbələrində 06 mart – 17 mart 2015-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here