RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

502

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 4-də ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar mətbuat konfransı keçirib.

Konfransda kütləvi informasiya vasitələrinin 50-dən artıq nümayəndəsi iştirak edib.

Mətbuat konfransında M. Abbaszadə ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, imtahan qaydaları, abituriyentlərin imtahan olunacağı fənlər, müsabiqə şərtləri haqqında ətraflı məlumat verib.

Komissiya sədri ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə aparılmış ərizə qəbulu zamanı ərizə təqdim etmiş abituriyentlər haqqında statistik məlumatları, TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin statistikasını, magistratura səviyyəsinə aparılacaq ixtisaslaşma seçimi qaydaları, ümumi orta təhsil bazasında (9 illik) kolleclərə ərizə qəbulunun gedişi, rayonlarda təşkil olunacaq səyyar Sənəd Qəbulu Komissiyalarının əhəmiyyətini və digər zəruri məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

Sonda M. Abbaszadə KİV nümayəndələrinin suallarını cavablandırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı