RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

TQDK sədri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

369

Yardımlı şəhərində keçiriləcək qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayon sakinləri iştirak edə bilərlər.
Yardımlı şəhərində qəbul iyunun 19-da saat 12:00-da H. Əliyev mərkəzində (ünvan: Yardımlı şəhəri, H.Əliyev prospekti) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələridirlər. (eservices.tqdk.gov.az/SedrinQebulu).

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara rayon təhsil şöbələrinə, eləcədə TQDK-nın Lənkəran Regional Bölməsinə (Lənkəran ş., H.Aslanov xiyabanı 52, tel.: (025 25) 5 24 82) müraciətə edə bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı