RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.13 10:11

Trampdan Ərdoğana 100 milyard dollarlıq təklif

69

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi təklif edib. Əvəzində isə Vaşinqton Rusiyaya məxsus “S-400” hava hücumundan müdafiə sistemlərini aldığına görə Ankaraya sanksiya tətbiqini aradan qaldıracağını vəd edir.

Bu barədə “Washington Post” yazıb.

Nəşrin məlumatına görə, Amerika liderinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş bənzər təkliflərindən ibarət məktubu ötən həftə Ərdoğana göndərilib.

“Yəqin ki, Trampın təklifləri ABŞ Nümayəndələr Palatasında keçən ay Suriyadakı hərbi əməliyyatlarla bağlı Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini dəstəkləyən bəzi konqresmenləri qəzəbləndirəcək”, -deyə deyə nəşr yazıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı