RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Transferdən ən çox pul qazanan 10 Avropa klubu!

27

“Transfermarkt” son 5 il ərzində transfer gəlirləri və xərclərinin ən yaxşı balansına malik Avropanın 10 klubunun siyahısını dərc edib. Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində “Benfika” qərarlaşıb. Portuqaliya klubu son 5 il ərzində transferlərə 180 milyon avro xərcləyib, 707 milyon avro isə qazanıb. “Benfika” transfer fəaliyyətindən 527 milyon avro gəlir əldə edib.

İlk “10-luk”da aşağıda adları qeyd olunan klublar yer alıb:

1. “Benfika” – xərcləmə – 180,1 milyon avro, transferdən kluba daxil olan pul – 707,3 milyon avro, təmiz gəlir – 527,2 milyon avro

2. “Monako” – xərcləmə – 505,6 milyon avro, transferdən kluba daxil olan pul – 865 milyon avro, gəlir – 359,4 milyon avro

3. “Portu” – xərcləmə – 235,1 milyon avro, transferdən kluba daxil olan pul – 471 milyon avro, gəlir – 235,9 milyon avro

4. “Ayaks” – xərcləmə – 177,7 milyon avro, transferdən kluba daxil olan pul – 390,6 milyon avro, gəlir – 212,9 milyon avro

5. “Zalsburq” – xərcləmə – 47,9 milyon avro, transferdən kluba daxil olan pul – 258,8 milyon avro, gəlir – 210,9 milyon avro

6. “Lion” – xərcləmə – 239,7 milyon avro, transferdən kluba daxil olan pul – 380,3 milyon avro, gəlir – 140,7 milyon avro

7. “Cenoa” – xərcləmə – 164,3 milyon avro, transferdən kluba daxil olan pul – 293,2 milyon avro, gəlir – 128,9 milyon avro

8. “Şaxtyor” (Donetsk) – xərcləmə – 55,6 milyon avro, transferdən kluba daxil olan pul – 172,9 milyon avro, gəlir – 117,3 milyon avro

9. “Sportinq” – xərcləmə – 156,6 milyon avro, transferdən kluba daxil olan pul – 267,4 milyon avro, gəlir – 110,8 milyon avro

10. “Atletik” (Bilbao) – xərcləmə – 73,9 milyon avro, transferdən kluba daxil olan pul – 181 milyon avro, gəlir – 107,1 milyon avro

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı