“ Transparency Azerbaijan” təşkilatı qış təcrübə proqramı elan edir

“Transparency International” beynəlxalq təşkilatının Azərbaycan üzrə milli bölməsi olan “ Transparency Azerbaijan” təşkilatı 3 aylıq qış təcrübə proqramı elan edir. Təcrübə proqramında tələbələr, məzunlar və magistrantlar iştirak edə bilər. Seçiləcək tələbələr üçün dərs qrafiki nəzərə alınacaqdır.

Təcrübə proramının təsviri:
• Beynəlxalq layihələrin icrası
• Hesabatların hazırlanması
• Konfransların, dəyirmi masaların təşkili
• Vətəndaşlara hüquqi yardımın göstərilməsi
• Mövzu üzrə kiçik tədqiqat, arayışların hazırlanması
• Tərcümə, redaktə işləri
Təcrübəçinin iş planı namizəd təsdiqləndikdən sonra onunla müzakirə əsasında hazırlanacaqdır.
Namizədə dair tələblər:
• Bakalavr dərəcəsi
• İngilis dili biliyi
• Məsuliyyətlilik və ünsiyyətcillik
Proqramın əsas üstünlüyü:
• Beynəxlalq standartlara əsaslanan layihə idarəetməsi ilə bağlı iş təcrübəsinin qazanılması
• Hesabatların, analitik materialların hazırlamaq təcrübəsinin formalaşması
• Vətəndaşlara hüquqi yardım istiqamətində işləmək bacarığının inkişafı

Müraiətçilərdən xahiş olunur ki, CV-lərini e-mail vasitəsi ilə mövzu (subject) bölməsində “İnternship” yazmaqla [email protected] ünvanına göndərsinlər. Təcrübə proqramı ödənişsiz əsasda aparılır və uğurla başa vuran şəxslərə təşkilat tərəfindən tövsiyə məktubu (Reference letter) veriləcək.
Son müraciət tarixi : 03.11.2014
Qeyd: Yalnız təcrübə proqramına seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.
Ünvan: AZ 1001, Bakı ş., C. Cabbarlı küç.16, mən.7
Tel: (+994 12) 497 81 70
Tel: (+994 12) 497 68 15