“TRT World”un Naxçıvandan möhtəşəm filmi

Türkiyənin TRT kanalının əməkdaşları Bakıdan sonra Naxçıvanı da ziyarət ediblər.

Orada onlar azad olunmuş Günyut kəndi və başqa ərazilərə baş çəkiblər.

Naxçıvanla Ermənistan sərhəddində müşahidə aparan türkiyəli həmkarlarımız muxtar respublikadakı hərbi kontingentimizin vəziyyəti ilə də tanış olublar.

TRT əməkdaşları gördüklərini filmə çəkib, buradan gözəl reportaj hazırlayıblar.

Filmdə Naxçıvan Azərbaycanla Ermənistan arasındakı münaqişənin alov nöqtələrindən biri olaraq təqdim edilir.

Daha sonra bölgədə ruh yüksəkliyinin və ordunun döyüş hazırlığının yüksək səviyyədə olduğu rəsmi şəxslərin dili ilə ifadə olunub.

Musavat.com dostlarımızın bu filmini təqdim edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here