TUMİB Türkiyə universitetləri məzunlarının Forumunu keçirəcək

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı Kongres Mərkəzində “Cümhuriyyətdən Cümhuriyyətə Türkiyə Universitetləri Məzunlarının I Bakı Forumu” 2018-ci ilin dekabr ayında keçirilməsi planlaşdırılıb.

Layihənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasndan günümüzə kimi qardaş Türkiyənin ali təhsil ocaqlarından məzun olan Azərbaycan vətəndaşlarını Forum çərçivəsində Bakı şəhərində bir araya gətirmək, panellər vasitəsi ilə Türkiyə məzunlarının Azərbaycanın ictimai həyatındakı rolu və ölkə iqtisadiyyatının inkişafındakı yeri ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir. Forum çərçivəsində dövlətçilik maraqlarımız
uğrunda Türk Dünyası gənclərinin rolunu artırmaq, Türk dövlətləri məzunlarının əməkdaşlığını inkişaf etdirmək, ölkəmizin hərtərəfli inkişafında bu potensialdan istifadə etmək nəzərdə tutulmuşdur.

Forumda Türkiyə universitetləri məzunları ilə yanaşı, Azərbaycanın və Türkiyənin aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, QHT və media təmsilçilərinin, həmçinin Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarının rəsmi şəxslərinin iştirakı gözlənilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here