RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Mədəniyyət və Turizm Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə

893

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı müsahibə

ELAN EDİR:

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizə
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
  • 1 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 sm ölçüdə)
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.

Müsahibədə iştirak etmək üçün ərizələr 10 fevral 2015-ci il tarixdən 25 fevral                  2015-ci il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Insan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar:    (012) 598-40-55, 493-02-60

İnternet sayt : www.mct.gov.az

 

 

  1. Struktur bölmənin adı: İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi, informasiya, elektron media və resurslarla ilə iş sektoru

 

İnzibati vəzifə: sektor müdiri

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

 

  • elektron media ilə işin təşkil edilməsi, sosial şəbəkələrdə mədəniyyət və turizm sahələri ilə bağlı yeni səhifələrin yaradılması və aktiv işin aparılması;
  • müasir tələblərə uyğun internet portallarının yaradılması və xidmət göstərilməsi, mütəmadi olaraq dünyada mədəniyyət və turizm sahəsində baş verən yeniliklər və məlumatların təqib edilməsi və təhlilinin aparılması;
  • müxtəlif sosial şəbəkələrdə və internet forumlarda mədəniyyət və turizm sahələri üzrə müzakirələrin aparılması işinin təşkili və s.

 

 Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial və informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə ali təhsil

İş stajı: müvafiq sahə üzrə azı 3 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

 

  1. Struktur bölmənin adı: İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi, ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektoru

İnzibati vəzifə: sektor müdiri

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkili və tənzimlənməsi;
  • Respublikada və ölkə xaricində fəaliyyət göstərən televiziya, radio, qəzet və digər mətbu orqanlarla işgüzar münasibətlərin yaradılması və fəaliyyətin təşkili;
  • Nazirliyin xətti ilə keçirilən irimiqyaslı tədbirlər, yubileylər, festival və müsabiqələr, mədəniyyət günləri, incəsənət bayramları barədə məlumatların KİV-də obyektiv işıqlandırılmasının təmin edilməsi;
  • mətbuat konfransları və brifinqlərin təşkil edilməsi;
  • ölkədaxili və xarici KİV üçün press-turların təşkil edilməsi, Nazirliyin təsisçiliyi ilə çap olunan mətbu orqanların işinə nəzarət edilməsi, mütəmadi olaraq nazirliyin mətbuatla əlaqələrin təhlil edilməsi və s;

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial və informatika və hesablama texnikası ixtisas istiqamətləri üzrə ali təhsil

İş stajı: azı 3 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

 

  1. Struktur bölmənin adı: İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi, qeyri-hökumət

     təşkilatları ilə iş sektoru

İnzibati vəzifə: sektor müdiri

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları ilə işin təşkili, QHT-lərin təqdim etdikləri layihələrin dəyərləndirilməsi;
  • təsdiq olunmuş layihələrin monitorinqinin aparılması;
  • regionlarda QHT-lərlə sıx əlaqənin qurulması;
  • layihələrin dəyərləndirilməsi üçün müsabiqənin təşkili və Komissiyaya təkliflərin təqdim edilməsi;
  • QHT-lərin fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi və s.

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: ümumi iqtisadiyyat ixtisası istiqamətləri üzrə ali təhsil

İş stajı: azı 3 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə);

 

  1. Struktur bölmənin adı: Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, elektron sənəd dövriyyəsi sektoru

İnzibati vəzifə: sektor müdiri

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • sektorun fəaliyyətini təşkil edir;
  • nazirliyin aparatında elektron sənəd dövriyyəsi sistemini idarə edir və nəzarəti həyata keçirir;
  • kargüzarlıq və vətəndaşların  elektron müraciətlərinə baxılması işini təşkil edir;
  • sektorun fəaliyyəti istiqamətində  hüquqi aktların, layihələrinin hazırlanmasında və təkliflərin verilməsində iştirak edir;
  • elektron sənədləri formalaşdırır, rekvizitlərin və gücləndirilmiş elektron imzanın yaradılmasını təmin edir;
  • elektron sənədin həqiqiliyini yoxlayır, elektron sənədin alınmasını təsdiq edir;
  • elektron sənəd dövriyyəsinin səmərəli tətbiqi məqsədilə təhlillərin aparır, qabaqcıl təcrübənin öyrənilməsində iştirak edir və s.

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: Ali təhsil;

İş stajı: azı 3 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə);

 

  1. Struktur bölmə: Daxili təhlil sektoru

Vakant vəzifə:  sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

       Qulluq funksiyaları:

  • Sektorun əsasnaməsini rəhbər tutaraq sektorun fəaliyyətini təşkil edir, iş planlarının tərtib edilməsini təmin edir, sektor daxilində iş intizamını yüksək səviyyədə saxlanılmasını, əməkdaşlar arasında iş bölgüsünü aparılmasını, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görür;
  • nazirliyin aparatında daxili təhlil və nəzarət tədbirlərini təşkil edir və həyata keçirir;
  • Nazirliliyin struktur bölmələri tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının icrası ilə bağlı təhlillər aparır, müvafiq təklif və hesabatlar hazırlayır;
  • sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;
  • rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir və s.

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial ixtisas istiqaməti üzrə ali təhsil;

İş stajı: azı 3 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə);

 

  1. Struktur bölmə: Protokol sektoru

Vakant vəzifə:  baş məsləhətçi

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • nazirin iştirak etdiyi tədbirlərdə protokolun tənzimlənməsi;
  • nazirliyin keçirdiyi beynəlxalq tədbirlərdə protokolun tənzimlənməsi;
  • nazirliyin xətti ilə Azərbaycana gələn qonaqların müşayiəti;
  • nazirin görüşlərinin təşkili;
  • sektora daxil olan məktub və ərizələrə rəhbərliyin tapşırığı əsasında qanunvericiliyə uyğun baxılmasının təmin edilməsi;

 

Vəzifənin tutulması şərtləri:

Təhsil: humanitar və sosial, iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

İş stajı: azı 2 il;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı