RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.10 17:11

“Türk Yurdu’’ dərgisinin 2019-cu il iyul tarixli sayı çap edilib

65

100 ildən çoxdur fəaliyyət göstərən “Türk Yurdu” dərgisinin növbəti 383-cü sayı oxuculara təqdim edilib. Qeyd edək ki, 1911-ci ildən fasilələrlə yayımlanan milliyətçi fikir dərgisi “Türk Yurdu” Türkiyədə çap olunur.

Dərginin bu dəfəki sayında Türkiyədəki mart-iyun aylarında keçirilən seçkinin nəticələri ilə bağlı Dr. İbrahim Atabeyin və Nuri Gürgürün yazılarını oxuya bilərsiniz.

Dərginin 383-cü sayında həmçinin Türkiyədə baş vermiş “15 iyul” hadisələri, milli təhsil və s. mövzular haqqında məqalələr yer alıb. Bu mövzularla bağlı müəlliflər Mehmet Öz, Nuri Gürgür, Mustafa KÖK, Adnan Şenel və digərləri maraqlı məqalələrlə çıxış ediblər.

Dərginin sonunda Türk Dünyasından xəbərlər işıqlandırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı