“Türk Yurdu”nun MEK-ə daxil olan növbəti sayı AXC-nin 100 illiyinə həsr edilib

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk Yurdu” jurnalının növbəti – aprel 2018-ci il tarixli sayı daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş jurnalın üz səhifəsində Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin təsviri verilib.

Jurnalın xüsusi buraxılışında Səbahəddin Şimşirin “Məhəmməd Əmin Rəsulzadənin xatirələri işığında Azərbaycan Cümhuriyyətinin istiqlalı və işğalı”, “Azərbaycan istiqlal mücadiləsinin mühacirətdəki hafizəsi Məhəmməd Kəngərli”, Vilayət Quliyevin “Əbdürrəhim bəy Haqverdiyev. Cümhuriyyət diplomatı”, Yavuz Akpınarın “Hüseynzadə Əli Turanın arxivindən: Qafqaz İslam ordusunun bildirişi”, Səlcuq Türkyılmazın “Yeni Kafkasya jurnalında Qafqaz İslam Ordusu”, Ömər Özcanın “Azərbaycan Cümhuriyyəti tələbələri”, Nazim Muradovun “Türk Ocaqları, Türk Yurdu və Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyətinin yüzüncü ilində Məhəmmədəmin Rəsulzadəni yenidən oxumaq ehtiyacı”, Mehman Dəmirlinin “Azərbaycan Cümhuriyyəti elitasının hüquqi görüşləri” və Azərbaycanla bağlı bir sıra məqalələr yer alıb. Jurnalda Azərbaycan Cümhuriyyəti ilə bağlı yazıların redaktorları Yılmaz Özkaya və Nazim Muradovdur.

Xatırladaq ki, “Türk Yurdu” jurnalı 30 noyabr 1911-ci ildə İstanbulda təsis edilib. Həmin illərdə İstanbulda olan Məhəmmədin Rəsulzadə həm Türk Ocaqları təşkilatı, həm də “Türk Yurdu” jurnalı ilə yaxından əməkdaşlıq edib. 1911-ci ildə jurnalda onun “İran türkləri” əsəri yayımlanıb, 1912-ci ildə Cəmaləddin Əfqaninin “Milli Birlik fəlsəfəsi” əsərinin farscadan etdiyi tərcüməsi dərc edilib. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra İstanbula gələn Rəsulzadə bu əlaqələri yenidən inkişaf etdirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here