“Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb.

Kataloqun tərtibçisi institutun şöbə müdiri, professor Azadə Musayeva, elmi redaktoru isə elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Kataloqda institutda saxlanılan Azərbaycan, türk, özbək, türkmən və digər türk dillərində müxtəlif illərdə yazılmış ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here