“Türkiyə Caz Festivalı” keçiriləcək

Bakıda, Türkiyənin Azərbaycandakı səfirliyi dəstəyi ilə bu il ilki reallaşacaq “Türkiyə Caz Festivalı” baştutacaq
Bu mühtəşəm festivalın ümumi koordinatorluğunu üzərinə götürən, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli sənətçi Oya Ergün, jurnalistlərə verdiyi açıqlamada festivalın 10-16 Oktyabr 2014- tarixləri arasında keçiriləcəyini qeyd edib. Dialoq.info-un məlumatına görə O. Ergün bildirib ki, fərqli və gözəl məkanlarda keçiriləcək tədbirdə, dünyanın saysız festivallarında iştirak etmiş altı önəmli Türk qrupun Azərbaycanda konserti verəcəklər. 7-gün davam edəncək festivalın bir günündə isə ” Türkiyədə Caz ” adlı film təqdim ediləcəkdir.
Tarixi boyunca caz musiqisinə xüsusi sevgisi olan Bakı şəhərində belə yüksək səviyyəli bir təşkilata imza atmaqdan ötəri Türkiyənin Azərbaycandakı, səfirliyi məmnuniyyət içersində olduqlarını bildiriblər. Festival əlaqədar olaraq Türkiyənin Azərbaycandakı, səfiri cənab Alper Coşkun öz fikirlərini bucür ifadə edib : ” Azərbaycanla tarixi qardaşlıq əlaqələrimizin hər sahədə sürətlə inkişaf etməkdə olduğu bir mühitdə sənət və mədəniyyət birləşdirməyimizə və canlı tutmağımıza böyük önəm veririk. Bu dəfə də Türkiyə caz üstadlarını Bakıda sənətseverlərlə görüşdürmək istədik. İncəsənət sahəsində ən əsasıda caz daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan, Azərbaycanda bu fəaliyyəti təşkil etmək bizim üçün böyük bir qürur vəsiləsidir. Ümid edirik Azərbaycanlı qardaşlarımızın xoşuna gedəcək bir iş olcaqdır ”-deyə cənab səfir qeyd edib.
Məlumat üçün bildirək ki, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüilə keçirilən, festival çərçivəsində bütün konsertlərə giriş pulsuz olaraqdır.
Onu da deyək ki, festivala ilk günündə qatılacaq olan sevilən Türk caz qrupları və proqramları belədir : İlk gün (10 Oktyabr 2014) Saat: 21.30 Bora Çeliker Trio, Olgun Açar, Bora Çeliker Matthew Hall, yer: Zeytun-Park Bulvar ,
ikinci gün (11 Oktyabr 2014) Saat: 21.30
F.Ö.N. qrupu Feride Berin Öget, Özay Fecht, Nilüfer Verdi, yer: Zeytun-Park Bulvar
üçüncü gün Bakı Caz Center (12 Oktyabr 2014) Saat: 21.30 HiJazz qrupu üzüvləri Alper Berksu, Artun Sürmeli, Volkan Öktem, Eylem Pelit, Erkan Kenç, Şenova Ülker, Şenol Filiz, Birol Yayla, Yılmaz Yeniyol
dördüncü gün (13 Oktyabr 2014) Saat: 20.00
28 Mall Sinemasıında ” Türkiyədə Caz ” Filminin təqdimatı, kinonun rejissoru Batu Akyodur
Beşinci gün(14 Oktyabr 2014) Saat: 21.30 Zeytun-Park Bulvarda, Şenay Lambaoğlu Quartet, piano Uraz Kıvaner, saksafon Engin Recepoğulları , kontrabas Volkan Topakoğlu, baraban Ekin Cengizkan
Altıncı gün(15 Oktyabr 2014) Saat: 21.30 ” Təsəvvüfdə Günümüzə Caz ” axşamı məkan Zeytun-Park Bulvar , Piano Evrim Dəmirəl Ensemble , Vokal və Yaylı Tambur Özer Özel , Bas Volkan Topakoğlu, baraban Erdem Göymen
Yeddinci gün(16 Oktyabr 2014) Saat: 21.30 Oya Ergün Trio ” İstanbuldan Bakıya ” gecəsi yer: Zeytun-Park Bulvar, vocal Oya Ergün, Piano Evrim Dəmirəl, Bas Volkan Topakoğlu olacaq.