İDMAN 2019.10.10 01:58

Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

112

Türkiyə Super Liqasında çıxış edən “Kayserispor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Dialoq.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əyalət təmsilçisi Samet Aybabaya həvalə olunub. 64 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Samet Aybaba bu postda Hikmet Karamanı əvəzləyib. “Kayserispor” hazırda 7 turdan sonra qələbə qazana bilməyib və 3 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı